Audio Wave

 “Neft uğrunda mübarizə” proqramı 1995-ci ildə BBC radiodalğaları ilə yayımlanıb. 9 hissəli bu proqramda neftin qədim zamanlardan tutmuş indiyədək insanların məişətində, sənayedə və əlbəttə ki, dünya  siyasətində oynadığı roldan bəhs edilir. Verilişlərdə unikal sənədlərdən, analitik materiallardan istifadə olunub. Burada Sədaqət xanımın şəxsən o zamankı xarici işlər naziri H.Həsənovla, Dövlət Neft şirkətinin prezidenti N.Əliyevlə, şirkətin rəsmiləri  X.Yusifzadə və Valeh Ələsgərovla, Sosialist Əməyi Qəhrəmanı Musa Bayramovla, Dövlət Neft Sənayesi ETİ-nin direktor müavini B.Hacıyevlə, tarix elmləri doktorları M.İsmayılov, A.Məmmədov və S.Əliyarlı ilə, moskvalı professor S. Əliyevlə, SSRİ dövlət komitəsinin başçısı N.K.Baybakovla, BBC Mərkəzi Asiya və Qafqaz xidmətinin başçısı Bəhruz Afaq Təbrizi ilə, yazıçı M.Süleymanovla, H.Z.Tağıyevin nəvəsi Səfiyə xanımla müsahibələri səslənir.  

 

 

neft1
Birinci veriliş

  Birinci verilişdə neftin ilkin mərhələlərdə necə istifadə olunduğundan söhbət açılır, Qərbi Pensilvanıiyada ilk neft quyusunun fəvvarə vurmasından, qədim dövrlərdə Azərbaycanda neftin çıxarılmasını təsdiqləyən faktlardan, neft quyularının car Rusiyasının ixtiyarına keçməsindən, sənayenin inkişafı ilə əlaqədar neftə tələbatın artmasından, eləcə də Con Rokfellerin neft səltənətindən bəhs edilir. Yazıçı Manaf Süleymanovun, tarixçi Mira Əliyarovanın, tarix elmləri doktoru Mahmud İsmayılovun müsahibələri səslənir.

Ətraflı
neft1
Ikinci veriliş

  İkinci verilişdə Rokfellerin “Standart Oyl” şirkətinə  qarşı yaranan ciddi rəqabətdən, eləcə də Bakı neft sənayesi inkişafının başlanğıcından bəhs edilir, XX əsrə qədərki hadisələr yada salınır. Dinləyicilər görkəmli tarixçi Mahmud İsmayılovun, yazıçı Manaf Süleymanovun, tarix elmləri doktoru Süleyman Əliyarlınn səsini eşidə biləcəklər.

Ətraflı
neft1
Üçüncü veriliş

   “Neft uğrunda mübarizə” silsiləsinin üçüncü verilişində Birinci Dünya müharibəsi və böyük inqilab astanasında neft sahəsində baş verən mühüm hadisələr əksini tapır. Tarix elmləri doktoru Mahmud İsmayılov, Bakı Dövlət Universitetinin professoru Süleyman Əliyarlı, eləcə də qocaman neftçi, Sosialist Əməyi Qəhrəmanı Musa Bayramovun müsahibələrindən parçalar səslənir.          

Ətraflı
neft1
Dördüncü veriliş

  Dördüncü veriliş dünyada siyasi dəyişikliklərin, əsasən də Rusiyada proletar inqilabının baş verməsi, bunun neft sənayesinə təsiri və həmin dövrdə dünya neft sənayesindəki yeniliklər, o cümlədən “BP” şirkətinin yaranması barədədir. Moskvalı professor Saleh Əliyev öz mülahizələri ilə, habelə yazıçı Manaf Süleymanov və H.Z.Tağıyevin nəvəsi Səfiyə xanım öz xətirələri ilə bölüşürlər.  

Ətraflı
neft1
Beşinci veriliş

Beşinci verilişdə dünyanın iki sistemə bölünməsi və bunun neft sənayesinə təsiri açıqlanır. Azərbaycanda Şura hökumətinin qurulması, A.P.Serebrovski və S.M.Kirovun fəaliyyəti ilə bağlı faktlar təqdim olunur. Tarix elmlər doktoru Adil Məmmədov, Sosialist Əməyi Qəhrəmanı, fəxri neftçi Musa Bayramov, yazışı Manaf Süleymanovun müsahibələri səslənir.

Ətraflı
neft1
Altıncı veriliş

Altıncı verilişdə II Dünya müharibəsi və Azərbaycan neftçilərinin misilsiz əmək qəhrəmanlığından danışılır. Görkəmli dövlət xadimi N. K. Baybakov, tanınmış neftçilər Bəhman Hacıyev və Musa Bayramovun xatirələri səslənir.  

Ətraflı
neft1
Yeddinci veriliş

Yeddinci verilişdə Fars körfəzi və Ural-Volqa bölgəsinin neft mərkəzinə çevrilməsi, “Neft Daşları”nın salınması, Xəzərdə 1957-cu il 20 noyabr faciəsi, OPEK-in yaradılması diqqət mərkəzindədir.  

Ətraflı
neft1
Səkkizinci veriliş

Səkkizinci verilişdə müstəqil Azərbaycanın neft siyasətindən, eləcə də “Əsrin kontraktı”nın imzalanmasından bəhs olunur. Azərbaycan prezidenti Heydər Əliyev, Dövlət Neft şirkətinin prezidenti Natiq Əliyev, şirkətin rəsmisi  Valeh Ələsgərov, xarici işlər naziri Həsən Həsənovun müsahibələrindən parçalar səslənir.

Ətraflı
neft1
Doqquzuncu veriliş

Proqramın sonuncu - doqquzuncu verilişində “Əsrin kontraktı” ilə bağlı mübahisələr, rəylər, sıravi vətəndaşların ümidləri öz əksini tapır.  Verilişdə Dövlət Neft şirkətinin prezidenti Natiq Əliyev, şirkətin vitse-prezidenti, tanınmış geoloq Xoşbəxt Yusifzadə, xarici işlər naziri Həsən Həsənov və rusiyalı professor Saleh Əliyevin mövqeləri açıqlanır.

Ətraflı