Sədaqət İsmayılova: “Salam, Vətən” adlanan radio-tamaşada əsas məqsəd
azad və demokratik seçki prinsiplərini dinləyicilərə asan
qavranılan tərzdə çatdırmaqdır. Yarızarafat, yarıciddi şəkildə dinləyicilərimizə
bildirmişik ki, səsvermədə iştirak etmək hər kəsin
vətəndaşlıq borcudur, başqasının yerinə səs vermək olmaz, seçkilərin
azad və demokratik keçirilməsində hakimiyyətlə
yanaşı müxalifət də məsuliyyət daşıyır və s. və i.a.