Ariel (BBC World Service weekly)

Ura! Biz 10 illik yubileyimizi Bakıda qeyd etdik! Əslində Azərbaycan dilində ilk verilişimiz 1994-cü ilin 30 noyabrında efirə getmişdi, amma biz bunu iyunda qeyd etmək qərarına gəldik. Bu vaxt Azərbaycanın paytaxtı Bakıda hava noyabrla müqayisədə daha istidir. Tədbirin keçirildiyi gün Bakıda hava bizim qərarımızı bir daha dəstəklədi - gözəl günəşli bir gün idi, xəzri - sərin şimal küləyi, havaya xüsusi təravət  gətirirdi. Tədbir möhtəşəm Filarmoniyada keçirildi, onun terrasındakı arkalı pəncərələrdən dəniz görünürdü. Tədbirdə 100-ə nəfər qonaq, o cümlədən, siyasətçilər, diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici informasiya vasitələrinin nümayəndələri, ziyalılar, BBC Monitorinqdən həmkarlarımız və BBC-nin  keçirdiyi müxtəlif  müsabiqələrin  30-a yaxın qalibləri iştirak edirdi.  

    Tədbir Azərbaycan xidmətinin fəaliyyətinə dair çəkdiyim qısa filmin son dərəcə iri plazma ekranda nümayişi ilə başladı. Film başa çatandan sonra Mərkəzi Asiya və Qafqaz xidmətinin başçısı Həmid İsmayılov, bizim baş prodüserimiz Azər Xəlilov, eləcə də urdu bölməsindən həmkarımız Arjuman Wajid çıxış etdilər.

Simli kvartet tədbirimizi müşayiət edirdi, eləcə də tanınmış müğənnilərin ifasında xalq mahnıları, italyan operalarından parçalar səsləndi. Həqiqətən, bizim tədbirdə çoxlu ulduz var idi - şou-biznes ulduzları, siyasət ulduzları, hətta biz də, Londondan gəlmiş prodüserlər də  qonaqlarımızdan biri - daimi dinləyicimiz bizi qucaqlayıb, evinə qonaq çağıranda, bizdən avtoqraf istəyəndə özümüzü ulduz  kimi hiss etdik.


  Azərbaycan Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşir, əhalisi türkdillidir. 1991-ci ildə SSRİ dağılanda o, öz müstəqilliyini bərpa etdi. Lakin indəyədək Dağlıq Qarabağ bölgəsi ilə bağlı Ermənistanla münəqişə həll ediməyib. Azərbaycan ərazisinin 20% itirib və 750 min yerli didərgin, eləcə də Ermənistandan 250 min qaçqını dəstəkləmək məcburiyyətindədir.

Azərbaycan sözünün mənasına gəlincə bu, “əbədi məşəl torpağı”, yaxud “odlar yurdu” mənasını verir.

 

Azərbaycan xalqı həyatın ləzzətini çıxarmağa çalışır. Onların həyatı və mədəniyyəti kimi yeməkləri də ləzzətli və rəngarəngdir. Bir az türk və Mərkəzi Asiya mətbəxinin ünsürləri var. Azərbaycan mətbəxinin şahı məşhur plovdur! Ləzzətli, ətirli, ədvalı. Düyüyə və qoyun ətinə müxtəlif quru meyvələr, şabalıd və tərəvəzlər əlavə edilir. Bəzi plovlarda qoyun əti əvəzinə cücədən istifadə edilir. Müxtəlif kabablar, o cümlədən ətirli quzu ətindən bişirilən lülə kabab çox məşhurdur. Sulu xörəklər bir qədər yağlı və kalorilidir. Kiçik gil qablarda qoyun əti və noxuddan hazırlanan piti elə süfrəyə də həmin qablarda gətirilir. Tərəvəz, qatıq və bir az düyüdən hazırlanan dovğanın isə ayrı bir ləzzəti var!

  Xəzər dənizindən ovlanan nərə balığı, eləcə də kürü azərbaycanlıların süfrəsini bəzəyir. Təəssüf ki, dənizin çirklənməsinin səviyyəsi balıq ehtiyatının azalacağına dair həyəcan doğurur.  İçkilərdən şərab və konyak yerli zavodlarda istehsal edilir, rus arağının pərəstişkarı az deyil.  Amma yerli əhali həmişə çaya üstünlük verir.  Çayxanalarda kişilər saatlarla oturaraq kiçik stəkanlardan pürrəngi çay içə-içə söhbət edirlər. 

Tədbirdə problemlərimdən biri də yemək məsələsi oldu. Yerli iaşə şirkəti tərəfindən təqdim edilən milli yeməklər qonaqların dediyinə görə çox ləzzətli idi. Lakin mən ev sahibəsi idim və qonaqlarımın qayğısına qalmaqla məşğul olduğumdan həmin təamlardan dada bilmədim. Və tədbirdən ac-susuz evə qayıtdım.